Şimali Koreya yenə Yapon dənizinə ballistik raket atdı

Xəbərin çap versiyası
Tarix: 6-04-2017, 00:30
Şimali Koreya yenə Yapon dənizinə ballistik raket atdı


Musavat.com bbc.com saytına istinadən xəbər verir ki, Şimali Koreya Yapon dənizinə ölkənin şərqində yerləşən Sinpo limanında ballistik raket atıb.

Cənubi Koreyanın müdafiə naziri bildirib ki, silah təqribən 60 km uzaqlıqdakı hədəfə atılıb.

Şimali Koreya atılan raketin sınaq məqsədilə edildiyini desə də, əslində nüvə silahlarının daha da təkmilləşdirilməsi üçün edildiyi bildirilir.

Ballistik silahın atıldığı məqam da diqqətdən yayınmayıb. Belə ki, sabah ABŞ prezidenti Tramp və Çin lideri Xi Jinpinq görüşəcək. İkili Şimali Koreyanın nüvə və ballistik raket proqramlarını müzakirə edəcək. Ballistik raketin məhz bir gün öncədən buraxılmasının təsadüfi olmadığı və Kimin ABŞ-a meydan oxuduğu bildirilir.

BMT Şimali Koreyanın hər hansı ballistik raket və yaxud nüvə sınaqları keçirməyi qadağan etsə də, son aylarda bu ölkə dəfələrlə raket sınağı keçirib.

ABŞ dövlət katibi Reks Tillerson məsələ ilə bağlı münasibət bildirərkən “ABŞ Şimali Koreya haqqında hər şeyi deyib. Artıq heç bir şərh verilməyəcək” -deyib.

ABŞ-ın Sakit okean hövzəsindəki hərbi kondingentinin komandanı deyib ki, atılan ballistik raketin orta-mənzilli KN-15 olduğunu deyib. “Atılan raket Şimali Amerikaya hər hansı bir təhlükə doğurmayıb.

Yaponya da məsələ ilə bağlı danışaraq bunun “provokativ” olduğunu deyib, Cənubi Koreya isə beynəlxalq təhlükəsizlik və sülhün, həmçinin Koreya yarımadasının təhdid edildiyini deyib.

Yaponya baş naziri Şinzo Abe “təhlükənin yeni mərhələsi” kimi son hadisəni adlandırıb.

Keçən ay da Şimali Koreya Çin sərhədinə yaxın Yaponya dənizinə ballistik raket atmışdı.

Keçən həftə ABŞ 11 Şimali Koreya biznez nümayəndələrinə və bir şirkətinə sanksiyalar tətbiq etmişdi. Çərşənbə axşamı (4 Aprel, 2017) ABŞ siyasiləri Şimali Koreyanı terrorun sponsoru olduğu haqqında qərar çıxartdılar.

Sanksiyalara münasibətdə Şimal Koreya hökuməti ABŞ-nın vəziyyət ağırlaşdırıb müharibəyə gətirib çıxaracağını deyərək, əgər onlar qaldırılmazsa, buna adekvat cavab veriləcəyi xəbərdarlığını edib.

Tramp həftə ərzində “əgər Çin Şimali Koreya məsələsini həll etməzsə, biz həll edəcəyik. Hələlik bu haqda deyəcəyim bundan ibarətdir” demişdi.

Çin uzun müddətdir ki, Şimali Koreya ilə yaxın diplomatik münasibətlər qurub və onun ticarət partnyorudur. Lakin Şimali Koreya hökumətinin nüvə və ballistik raketlərin test edilməsini dayandırmağı imtina etməsindən sonra iki ölkə arasında münasibət gərginləşdi.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz