Pandemiya nədir və nə zaman elan edilir?

Xəbərin çap versiyası
Tarix: 12-03-2020, 13:51
Pandemiya nədir və nə zaman elan edilir?

FOTO: El Espanol

Dünya Səhiyyə Təşkilatı (DST) yeni tipli koronavirus COVID19-un epidemiyasını pandemiya elan edib.

Bəs görəsən pandemiya nədir və nə zaman elan olunur?

CivilAzerbaujan.com bildirir ki, pandemiya bir qayda olaraq, yoluxucu xəstəlik böyük çoğrafı əraziləri əhatə edəndə elan edilir. Pandemiyanı epidemiyadan fərqləndirən əsas səbəb də elə onun bölgələr və qruplar üzərində coğrafi bir yoluxma olmasıdır. Bu termin bir ölkəyə və ya bütün dünyaya təsir edən xəstəliklər üçün istifadə olunur.

Pandemiya xəstəliyin təhlükəsini deyil, yayılmasının miqyasını təyin edir. Bu səbəbdən yalnız yoluxucu xəstəliklərə bu ad verilir.

Mütəxəssislər xəstəliyin pandemiyaya çevrilməsi üçün onun 3 əlamətinin olmasının kifayət etdiyini bildirirlər. Bunlar yeni virusun yayılması, onun insana keçməsi və bu virusun insandan insana asanlıqla ötürülməsi hallarıdır.

Dünyada pandemiya elan edilən sonuncu xəstəlik isə donuz qripi olub. Bu qrip 2009-cu ildə “pandemiya xəstəliyi” elan edilib.

XX əsrin pandemik qripləri isə 1918-ci ildə dünyada 40-50 milyon insanın ölümünə səbəb olan “İspan qripi”, 2 milyon insanı öldürən 1957-ci ildə “Asiya qripi” və 1968-ci ildə isə 1 milyon insanın ölümünə səbəb olan “Honk Konq qripi” olub.
Bundan əvvəl DST bildirmişdi ki, koronavirusdan ölüm hallarının statistikası qrip xəstəliyi zamanı ölüm hallarını üstələyib.

Təşkilat bu barədə bildirib: “Bütün dünya üzrə koronavirusdan ölüm halları 3, 4 faiz təşkil edir. Müqayisə üçün deyilməlidir ki, adi qrip ona yoluxanların 1 faizini öldürür”.

DST bildirir ki, COVID19 virusunu qripdən fərqləndirən bir cəhət də onun fəsadlarının daha ağır olmasıdır, çünki insanlarda bu yeni virusa hələlik immunitet yaranmayıb.

Son məlumatlara görə bütün dünyada hazırda COVID19 virusuna 121 mindən çox insan yoluxub. Bunların 4 mindən çoxu vəfat edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz