Erdoğan üçün "xüsusi polis qüvvəsi" yaradılır? - İRAN MODELİ

Xəbərin çap versiyası
Tarix: 6-06-2020, 15:27
Erdoğan üçün "xüsusi polis qüvvəsi" yaradılır? -


Türkiyə hökuməti 28 minlik “polisə dəstək qüvvəsinə” yeni güc və səlahiyyətlərin verilməsini planlaşdırır.

CivilAzerbaijan.com-
un məlumatına görə, hökumətin tənqidçiləri bildirirlər ki, məqsəd “dövlətə yox, şəxsən prezident Recep Tayyip Erdoğana sədaqətli” yeni qüvvənin yaradılmasıdır.

Bloomberg yazır ki, bu plana görə polisə dəstək qüvvələrinin əməkdaşları və ya “bekçilərə” adamları dayandırmaq, kimliklərini sorğulamaq və üstlərini axtarmaq səlahiyyəti verilməlidir.

Parlamentə təqdim olunmuş qanun layihəsinə görə gözətçilərdən polisin kriminallara və etirazçılara qarşı əməliyyat və hərəkətlərində istifadə olunmalıdır.

Yeni qüvvəyə insan haqları və atıcılıq sahəsində təlimlərin keçirilməsi də nəzərədə tutulub.

İrandakı “Bəsic” polisinə bənzər

Lakin ana müxalifət partiyası – CHP bu qüvvədən Erdoğanın islamçı köklərə malik partiyasına “sədaqətli qvardiya” kimi istifadə ediləcəyindən narahatdır.

Hakim AKP-nin parlament fraksiyasına başçılıq edən Naci Bostancı isə narahatlığa ehtiyac olmadığını deyir: “Gözətçilər hamıya xidmət edən təhlükəsizlik qüvvələrinin bir hissəsidir. Müxalifətin iddiaları tamamilə əsassızdır”.

Amma müxalif İyi Partiyasından millət vəkili Mehmet Metanet Culhaoğlu parlamentdə deyib ki, gözətçilərin İrandakı mənəviyyat polisi kimi adamların həyat tərzinə müdaxilə etdiklərinə dair media xəbərləri var, CivilAzerbaijan.com-un məlumatında qeyd olunur.

Millətçi MHP ilə ittifaqda olan Erdoğan hökuməti 2013-cü ildə İstanbuldakı Gezi parkı etirazları yatırılandan bəri təhlükəsizlik qüvvələrini möhkəmləndirməklə məşğuldur.

Hökumətin bu istiqamətdə fəaliyyəti 2016-cı il çevriliş cəhdindən sonra daha da gücləndirilib. (AzadlıqRadiosu)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz