Azərbaycan koronavirusa görə riskli ölkələr siyahısına daxil edilib? - RƏSMİ AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 21-06-2020, 14:27
Azərbaycan koronavirusa görə riskli ölkələr siyahısına daxil edilib? -


Almaniya Federativ Respublikası koronavirus pandemiyası ilə bağlı Azərbaycanı riskli ölkələr siyahısına daxil edib.

CivilAzerbaijan.com
bildirir ki, Almaniyada yoluxucu xəstəliklərin öyrənilməsi ilə məşğul olan Robert Kox İnstitutundan verilən məlumata görə, siyahıda olan 130 ölkə koronavirusa görə səyahət üçün təhlükəli hesab olunur.

Almaniya Xarici İşlər Nazirliyi bununla bağlı rəsmi internet saytında siyahıda olan ölkələrə səyahət etməməklə bağlı bildiriş yayımlayıb.

Riskli ölkələrdən Almaniyaya gələnlər isə məcburi olaraq 14 gün karantin nəzarətində saxlanılacaqlar.

İspaniya və İtaliyadan sonra üçüncü ən populyar tətil yeri olan Türkiyənin də riskli ölkələr siyahısında olması milyonlarla insanı yay tətili planını dəyişdirmək məcburiyyətində qoyub.

Robert Kox İnstitundan bildirilib ki, Avropa Birliyi vətəndaşları üçün riskli ölkələrin sayı 160-dır. Almaniya üçün 130 riskli ölkə siyahısı Federal Səhiyyə Nazirliyi, Federal Xarici İşlər və Federal Daxili İşlər Nazirliyinin birgə təhlili və qərarı əsasında tərtib olunub.

Azərbaycan koronavirusa görə riskli ölkələr siyahısına daxil edilib? -


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz