Çində pandemiya potensialı daşıyan yeni virus AŞKARLANIB

Xəbərin çap versiyası
Tarix: 30-06-2020, 12:45
Çində pandemiya potensialı daşıyan yeni virus


Çinli alimlər pandemiyaya çevrilmə ehtimalı olan yeni virus aşkarlayıblar.

CivilAzerbaijan.com
BBC-yə istinadən xəbər verir ki, donuzlarda müəyyən edilən virusun insanlara da yoluxa biləcəyi açıqlanıb. Tədqiqatçılar virusun mutasiyaya məruz qalaraq, sürətlə yayılmasından narahatdılar. Mövcud vəziyyətdə də insanlar arasında asanlıqla yayıla biləcək virusun diqqətdə saxlanılmalı olduğu bildirilir.

"G4 EA H1N1" adı verilən virus insanların nəfəs yollarında çoxala bilir. Çində donuz fermalarında çalışan işçilərin bu viusa yoluxduğuna dair məlumatlar var.

Qeyd edək ki, son qrip pandemiyası olan donuz qripi 2009-cü ildə Meksikada ortaya çıxmışdı. Yeni virusun da 2009-cu il virusuna bənzədiyi deyilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz