Azərbaycan və Belarus “Şərq Tərəfdaşlığı”ndan çıxarılır?

Xəbərin çap versiyası
Tarix: 14-08-2020, 21:31
Azərbaycan və Belarus “Şərq Tərəfdaşlığı”ndan çıxarılır?


Avropa Parlamentinin sosial- demokratlar qrupu Avropa İttifaqını Belarus və Azərbaycanı Aİ “Şərq Tərəfdaşlığı” proqramından çıxarmağa çağırıb.

CivilAzerbaijan.com
bildirir ki, bəyanatda qrupun vitse-prezidenti Keti Piri qeyd edib: “Bizim qrup “Şərq Tərəfdaşlığı” proqramına yenidən baxılmasına çağırır. Biz siyasi müxalifətə və vətəndaş cəmiyyətinə qarşı zorakı repressiyalara şahid olduğumuz ölkələrlə əməkdaşlıq edə bilmərik. Diktatorlar azad cəmiyyətlərin düşmənləridir. Həm Belarus, həm Azərbaycan dərhal “Şərq Tərəfdaşlığı” proqramından çıxarılmalıdır”.

Onun bəyanatı sosial- demokratlar qrupunun saytında yerləşdirilib, Turan-ın məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz