Zelenskidən Belarus və Lukaşenko ilə bağlı AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 24-08-2020, 00:40
Zelenskidən Belarus və Lukaşenko ilə bağlı


Ukrayna prezidenti Volodimir Zelenski söyləyib ki, o, Lukaşenkonun yerinə olsa idi bir ay müddətinə beynəlxalq müşahidəçilərin iştirakı ilə Belarusda yeni seçkilər keçirərdi.

CivilAzerbaijan.com
bildirir ki, Volodimir Zelenski deyib: “Təsəvvür edək ki, mən özümə arxayınam, mən insanların səsverməsindən və özümdən arxayınam. Mən hamını necə sakitləşdirə bilərəm?”, Zelenski deyib.

“Mən mütləq deyərdim: Bir ay müddətində yeni səsvermə olacaq. Və mən yeni seçkidə iştirak edirəm. Kim iştirak etmək istəyirsə-irəi!”, o bildirib.

Zelenski əlavə edib k, o, "beynəlxalq müşahidəçiləri dəvət edərdi".

Euronews müsahibənin avqustun 25-də yayımından öncə onun bəzi hissələrini avqustun 23-də yayımlayıb.

Ukrayna lideri bu açıqlamaları Avropa İttifaqı və digər Qərb ökələrinin Belarusda avqustun 9-da Lukaşenkonun səslərin 80 faizi ilə qələbə çaldığı elan edilən seçkilərin nəticələrini tanımadığını bildirməsindən sonra verib.

Əsas müxalifət namizədi olan Svetlana Tixanovskaya seçkilərin qalibi olduğunu bildirir. O, Litvaya getdikdən sonra Minskdə və başqa şəhərlərdə kütləvi etirazlar davam etdiyi zaman təhlükəsizliyindən narahat olduğunu deyib.

Zelenski bildirib ki, yeni seçkilərdə hər hansı namizədin iştirakına icazə verilməlidir.

“Mən Belarus xalqına deyərdim ki, buyurun, kimi istəyirsinizsə seçin. Və nəticədən sonra heç bir sual olmamalıdır. Mən buna əminəm”, Zelenski deyib.

Onun sözlərinə görə, “bu, qan tökülməsinin qarşısını almağın yolu ola bilərdi, ədalətli olardı və tarixə düşərdi”. (AmerikanınSəsi)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz