Türkiyədə yeni koronavirus MƏHDUDİYYƏTLƏRİ
Tarix: 8-09-2020, 20:45
Türkiyədə son günlərdə koronavirus hallarının sayında xeyli artım müşahidə olunduğu üçün tətbiq olunan tədbirlərə yeniləri əlavə edilib.
CivilAzerbaijan.com bildirir ki, Prezident Ərdoğanın dünən kabinet iclasından sonra sərnişinlərin ictimai nəqliyyatda ayaq üstdə qalmasının qadağan olunduğunu deməsindən sonra daxili işlər naziri Süleyman Soylu restoranlarda və kafelərdə 00:00-dan sonra bütün növ musiqi səslənmələrinin qadağan olunacağını açıqlayıb.
Bundan əlavə 81 əyalətdə yaşayış yerləri xaricində bütün yerlərdə maska taxmaq məcburidir.
Nazir Soylunun açıqlamasına görə, bu gecə saat 12-dən etibarən qüvvəyə minəcək yeni tənzimləməyə görə restoran və kafelərdə musiqi yayımı və ya canlı musiqi səsləndirilməyəcək. Nazir Soylu müvafiq sənədin 81 valiliyə göndərildiyini deyib.
Soylu maska istifadəsi tədbirlərinin daha da sərtləşdiriləcəyini və maskasız hər kəsin cəzalandırılacağını da bildirib.
Dünən kabinet iclasından sonra açıqlama verən Prezident Rəcəb Tayyib Ərdoğan kafe və restoranlarda nəzarətin gücləndiriləcəyini və maskalı olmayanların cərimələnəciyini qeyd edib.
Türkiyə Səhiyyə Nazirliyinin son məlumatına görə, sentyabrın 7-də son 24 saat ərzində 57 nəfər həyatını itirib, 703 yeni yoluxma qeydə alınıb. Türkiyədə bu günə kimi yoluxmaların sayı 281 509 nəfərə çatıb, ümumi ölüm sayı 6730 nəfərdir.
Bununla birlikdə, başda Tabiqlər Palatası olmaqla, müxalifət partiyaları açıqlanan rəqəmlərin həqiqəti əks etdirmədiyini iddia edirlər, AmerikanınSəsi-nin məlumatında deyilir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər