AP-nin insan hüquqları üzrə məruzəçisindən T.Yaqublunun həbsinə SƏRT REAKSİYA
Tarix: 9-09-2020, 12:36
Avropa Parlamentin portuqaliyalıl üzvü, dünyada insan hüquqları üzrə məruzəçi İzabel Santos Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsində hökmü pisləyib.
CivilAzerbaijan.com-un məlumatına görə, o, “Amerikanın səsi” radiosuna şərhində deyib ki, Tofiq Yaqublunun 4 il və üç ay müddətinə azadlıqdan məhrum edilməsi Azərbaycan hakimiyyəti tərəfindən yanlış addım olub.
O qeyd edib ki, sentyabrın 3-də çıxarılan hökm onun qeyri-legitim həbsə və istintaqa əsasən çıxarıldığına dair şübhələri artırıb.
Məhkəmədə T.Yaqubluya son söz verməkdən imtina edilməsi onun qanuni hüquqlarının kobud şəkildə pozulmasıdır. “Bu, Tofiq Yaqubluya qarşı işin siyasi motivli olmasının göstəricisidir. Bu, qanunun aliliyinə açıq şəkildə məhəl qoyulmaması və hakimiyyət bölgüsü prinsipinin pozulmasıdır”, - İ.Santos vurğulayıb.
“Beynəlxalq birlik Azərbaycan hakimiyyətinə açıq şəkildə bildirməlidir ki, ölkənin öz öhdəliklərinə bu şəkildə məhəl qoymamasına və müxalif səslərin boğulmasına dözməyəcək”, - İzabel Santos bildirib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər