İranda Qarabağa dəstək mitinqi sərt şəkildə dağıdılıb

Xəbərin çap versiyası
Tarix: 30-09-2020, 10:30
İranda Qarabağa dəstək mitinqi sərt şəkildə dağıdılıb


Sentyabrın 29-da Ərdəbil şəhərində keçirilən Qarabağa dəstək mitinqi İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən sərt şəkildə dağıdılıb. İzdihamı dağıtmaq üçün gözyaşardıcı qaz və dəyənəkdən istifadə edildiyi bildirilir.

CivilAzerbaijan.com
bildirir ki, bölgədən Amerikanın Səsinə məlumat verən mənbə Ərdəbilin Ciral parkında təşkil olunan mitinqdə təqribən 20 vətəndaşın nəzarət altına alındığını, bir çox iştirakçının da yaralandığını bildirib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi saxlanılanlardan 11 nəfərin adını yayımlayıb. Tutulan mitinq iştirakçıları Əsgər Əkbərzadə, Muctaba Pərvin, Murtaza Pərvin, Mustafa Pərvin, Mehdi Huşmənd, Məhəmməd Colani, Pərviz Siyabi, Səccad Colani, Bəhmən Xeyrcu, Hüseyn Balaxani və Hamid Heydərinin hazırda harada saxlanıldığına dair məlumat yoxdur.

Saxlanılanların içində də yaralıların olduğu bildirilir. HRA agentliyi türk fəal Əsgər Əkbərzadənin qulaq və gözündən, Hüseyn Balaxani və Pərviz Siyabinin əllərindən, Səccad Colaninin isə burnundan xəsarət aldığını qeyd edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz