Rusiya Ermənistana yardım şərtlərini AÇIQLADI
Tarix: 31-10-2020, 16:10
"Rusiya müttəfiqlik öhdəliklərinə sadiqliyini təsdiqləyir və Ermənistan ərazisində döyüşlərin baş verəcəyi təqdirdə ona lazımi yardım göstərəcək".
CivilAzerbaijan.com bildirir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Bununla Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın müraciətinə reaksiya verib. Belə ki, bu gün Paşinyan yenidən Rusiya prezidenti Vladimir Putindən xahiş edib ki, Moskvanın Yerevana hansı yardımı göstərə biləcəyini müəyyən etmək üçün məsləhətləşmələrə başlanılsın.
Turanın məlumatına görə Rusiya XİN xatırladıb ki, ölkələr arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə “bir-birinin ərazisində silahlı hücum təhlükəsi və təcavüz aktının olacağı təqdirdə konkret tədbirlər nəzərdə tutur”.
“Əgər hərbi toqquşmalar birbaşa Ermənistan ərazisinə keçirilərsə, Rusiya müqaviləyə uyğun olaraq Yerevana bütün lazımi yardımı göstərəcək”,- XİN-dən bildiriblər.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər