Paşinyandan Qarabağın müstəqilliyinin tanınmasıyla bağlı İDDİA
Tarix: 12-11-2020, 16:32
Qarabağın beynəlxalq aləmdə tanınması mütləq prioritetə çevrilir, bu barədə cümə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciətində bildirib.
CivilAzerbaijan.com bildirir ki, onun sözlərinə görə, Qarabağ məsələsinin və Qarabağın statusunun yekun həlli prinsipial əhəmiyyət daşıyır.
“Bu məsələdə bizim vəzifələrimiz dəyişmir və Arsaxın beynəlxalq aləmdə tanınması mütləq prioritetə çevrilir. Və mahiyyətcə, indi Arsaxın beynəlxalq aləm tərəfindən tanınması üçün daha tutarlı arqumentlər var”, - o qeyd edib.
Baş nazir deyib ki, Qarabağın ermənilərin nəzarətində qalan hissəsində Rusiya sülhməramlıları Laçın dəhlizilə, o cümlədən Şuşa rayonunda Ermənistanla fasiləsiz əlaqəni təmin edəcək.
"Rusiya sülhməramlıları təhlükəsizliyi təmin edəcək və Yerevan -Stepanakert əlaqələri etibarlı olacaq. Sülhməramlılar Qarabağın sərhədlərinin təhlükəsizliyini təmin edəcəklər. Sakinlər tezliklə öz doğma evlərinə qayıtmalıdırlar. Ermənistan və Arsax dinc həyata qayıtmaq üçün mümkün olan hər şeyi edəcəklər", - Ermənistan KİV Paşinyandan sitat gətirir.
Qeyd edək ki, bu bəyanat noyabrın 10-da Putin, Əliyev və Paşinyanın imzaladıqları üçtərəfli sazişin mahiyyətinə və ruhuna ziddir, demək olar ki, onun reallaşmasını əngəlləyir. (Turan)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər