Ermənistanın Qarabağla bağlı RƏSMİ PLANLARI
Tarix: 13-11-2020, 16:24
Bu gün Qarabağ separatçılarının lideri Araik Arutyunyan və Yerevanın meri Ayk Marutyan Qarabağda dağılmış evlərin bərpası məsələlərini müzakirə ediblər.
CivilAzerbaijan.com bildirir ki, bu barədə erməni KİV-ləri məlumat verir.
“Stepanakertdə dağıntıların tezliklə bərpası-yenidən qurulması işlərinin təşkililə bağlı məsələləri müzakirə etdik. Marutyan Yerevan meriyasının iştiraka hazır olduğunu bəyan edib və tezliklə Stepanakertə kommunal xidmətlər sahəsində ixtisaslaşmış qruplar ezam olunacaq”, - Marutyan bildirib.
O həmçinin bildirib ki, noyabrın 13-dən Yerevan meriyasından mütəmadi əsaslarla Yerevandan Xankəndiyə pulsuz avtobuslar yola düşəcək. Onlar müharibə səbəbindən Yerevana və ya Ermənistan vilayətlərinə köçmək məcburiyyətində olan vətəndaşları Qarabağa daşıyacaq. Xankənddən Xankəndə pulsuz Avtobuslar işləyəcək, Arik Arutyunyan Facebook səhifəsində yazıb.
Noyabrın 12-də Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan Qarabağda erməni mədəni irsinə təhlükə lə bağlı Rusiya və Fransa XİN rəhbərlərinə, həmçinin ABŞ dövlət katibinin müavininə yşikayət edib.
“Mnatsakanyan qeyd edib ki, atəşkəs rejiminin müəyyən edilməsi və sülhməramlıların yerləşdirilməsi ilə bağlı 10 noyabr bəyanatı Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli sayıla bilməz”, - Ermənistan XİN-in məlumatında bildirilir.
Turanın xəbərində qeyd olunur ki, Mnatsakanyan “müharibənin planlaşdırılmasında, təhrik edilməsində və aparılmasında Türkiyənin əsas rolunu qeyd edib və Qarabağda sülhyaratma əməliyyatlarında Türkiyənin istənilən rolunu istisna edib”,- məlumatda deyilir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər