Müharibəni qaçılmaz edən nə olub? - PAŞİNYANIN AÇIQLAMASI

Xəbərin çap versiyası
Tarix: 5-12-2020, 21:18
Müharibəni qaçılmaz edən nə olub? -


"Biz diplomatiyada uğursuzluğa düçar olmadıq, son 20-25 ildə baş verən diplomatik uğursuzluqların yükündən qurtarmaq cəhdlərini bacarmadıq. Əvvəlki uğursuzluqların nəticələrindən qaçmağa çalışarkən uğursuzluğa uğradıq, bax həqiqət budur".

CivilAzerbaijan.com
bildirir ki, bu sözləri xalqa müraciətində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Bir çoxunuz inanmayacaqsınız..."

«Son 25 ildə müxtəlif instansiyalarda qəbul edilən çoxsaylı sənədlərdə Azərbaycan ərazilərinin işğal olunduğu və bu məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması, bu uğur idimi? 2013-cü ildən başlayaraq Azərbaycan hərbi eskalasiya mərhələsinə başladı və buna görə onu heç kim qınamadı. Bu idimi diplomatik uğur? Niyə? Çünki təyyarədəki tualetə gedəndə qapını bağlayırsan, orda yazılıb: "işğal olunub". Bir çoxunuz inanmayacaqsınız, amma bu, 2000-ci illərdəki müzakirələrdə iştirak edən birinin demək olar ki, açıq şəkildə səsləndirdiyi dəqiq bir sitatdır".

"...şifahi vədlərdən sonra müharibəni dayandıra bildiniz”

Paşinyan müharibə olmadan məsələnin həll edilə biləcəyi ilə bağlı ona qarşı irəli sürülən ittihamlara da cavab verib.

"Bizi müharibədən qaça bilməməkdə ittiham edirlər. Əgər siz bacarsaydınız 2016-cı ildəki müharibədən qaçardınız. Siz qaça bilmədiniz, siz müharibəni dayandıra bilmədiniz, amma əraziləri qaytarmaqla bağlı şifahi vədlərdən sonra müharibəni dayandıra bildiniz”

Paşinyan: Bizə dedilər Ermənistan ötən dövrlərdə vəd versə də buna əməl etmədi

Nikol Paşinyan “bəs bu dəfə bunu etmək niyə mümkün olmadı” sualına da belə cavab verir.

"Bizə dedirlər ki, Ermənistan ötən dövrlərdə bir neçə dəfə topaqların geri qaytarılmasını vəd versə də buna əməl etmədi. İndi ancaq yazılı fomada və konkret tarix göstərilməklə danışıqlar davam etdirilə bilər.”

"Bəs onda siz niyə ..."

Ermənistan baş nazirinə görə, müharibəni ancaq “9 noyabda imzalanan sənədin eynisini imzalamaqla” dayandırmaq olardı.

«Mən müharibəyə qədər və ondan sonra imzalanmalı olan sənədi nəzərdə tuturam. Yeri gəlmişkən, müharibənin birinci günü parlamentin tribunasından mən dedim ki, müharibəni bu saat dayandıra bilərəm, onu da dedim ki, bu bizə hansı qiymətə başa gəlir. Bəs onda siz niyə müharibənin həmin şərtlərlə dayandırılmasına razı olduğunuzu bəyan etmədiniz?

Paşinyan daha sona “futbol diplomatiyası qaydaları ilə” Türkiyənin də Qarabağ məsələsinə daxil olduğunu deyib: “Erməni diplomatiyasının uğursuzluğu üzündən o, (Tükiyə nəzərdə tutulur) Azərbaycanın ərazilərinin işğal altında qaldığı müddətdə Ermənistanla əlaqələr qurmayacağını açıqladı.”

Bir müddət əvvəl Ermənistanın keçmiş prezidenti Röbert Köçəryan yerli 5TV-yə müsahibəsində hazırkı hakimiyyəti 44 günlük müharibə ilə bağlı tənqid edib. O deyib ki, Dağlıq Qarabağda müharibədən həm qaçmaq olardı, həm də başlayan müharibəni elə ilk günlər dayandımaq olardı, Azadlıq Radiosunun xəbərində deyilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz