Ermənistandan sərhədi keçən azərbaycanlının saxlanılması haqqında MƏLUMAT

Xəbərin çap versiyası
Tarix: 11-12-2020, 15:12
Ermənistandan sərhədi keçən azərbaycanlının saxlanılması haqqında


Dekabrın 10-na keçən gecə Ermənistanın Tavuş rayonunun sərhəddə yerləşən Berdavan kədində azərbaycanlı saxlanılıb. Yerli sakinlərin sözlərinə görə, o, səhər tezdən kənd çörəkxanası yaxınlığında görülüb.

CivilAzerbaijan.com
bildirir ki, saxlanılan şəxs Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə təhvil verilib.

Öz növbəsində, DTX sərhədi qanunsuz keçmə faktı ilə bağlı cinayət işi açıldığını bildirib. Saxlanılan şəxsin adı hələlik açıqlanmır.

"Biz şəxsin Ermənistanın dövlət sərhədini keçməsi barədə operativ məlumat aldıq. Axtarış işləri zamanı o tapılıb və saxlanılıb. Cİnayət işi açılıb, o, şübhəli şəxs statusundadır", deyə Sputnik Armenia MTX nümayəndəsindən sitat gətirir.

Turan xəbər verir ki, Azərbaycan tərəfi hələlik bu faktla bağlı şərh verməyib. Qeyd edək ki, Berdavan kəndi Azərbaycanın Qazax rayonunun Kəmərli kəndi ilə həmsərhəddir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz