Separatçıların lideri Araik Arutyunyandan yeni müharibə ANONSU?
Tarix: 16-12-2020, 20:24
Bu gün Qarabağ separatçılarının lideri Araik Arutyunyan hay-küylü və təxribatçı bəyanatla çıxış edərək 10 noyabr tarixli üçtərəfli bəyanatın pozulacağı və Qarabağdakı hərbi münaqişənin yenidən başlayacağı ilə hədələyib.
CivilAzerbaijan.com bildirir ki, o, çərşənbə günü günorta öz müraciətində Qarabağın müstəqilliyinin tanınmasının vacibliyi məsələsini qaldırıb.
"Arsaxın beynəlxalq statusu ilə bağlı məsələləri dəqiqləşdirmək lazımdır ki, bu da xalqın özünütəyin hüququnun tanınmasına əsaslanan müstəqilliyin tanınmasını nəzərdə tutur", - o qeyd edib.
Onun sözlərinə görə, bu hüququn tanınması münaqişənin nizamlanması barədə düşünməyə imkan verəcək. Arutyunyan "Qarabağın ərazi bütövlüyünün bərpasının vacibliyini" də bildirib.
Sonra o, Hadrut rayonunda və Azərbaycan Silahlı Qüvvələrinin bəzi yaşayış məntəqələrini və erməni mövqeləri nəzarətə götürdüyü Şuşanın bəzi kəndlərində son hadisələri nəzərdə tutaraq deyib ki Qarabağ, Ermənistan və Rusiya “Azərbaycanın təxribatlarının qarşısını birlikdə almalıdırlar".
Turanın məlumatına görə, Arutyunyanın bəyanatından belə çıxır ki, separatçıların liderləri hərbi əməliyyatların yekunlarını tanımaqdan imtina edirlər, Qarabağın Azərbaycanın tərkibinə qaytarılmasına razı deyillər və ümid edirlər ki, Rusiya onların bu istiqamətdə səylərini dəstəkləyəcək.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər