Daşkənddə NATO-nun bürosu bağlandı
Tarix: 6-04-2017, 17:06
NATO-nun Daşkənddə yerləşən Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq bürosu aprelin 1-dən bağlanıb.
SİVİL.AZ xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə büronun əməkdaşı RİA Novosti-yə bildirib.
Büronun bağlanmasına səbəb kimi alyansın bu regionda təmaslar üzrə strukturunda dəyişikliklər göstərilir.
Alyansın Daşkənddəki ofisinin bağlanması haqqında qərar 2016-cı ilin payızında qəbul olunub. Ötən ilin noyabrında NATO-nun Mərkəzi Asiyadakı bürosunun rəhbəri Rozariya Pulizi bildirmişdi ki, ofisin bağlanması büdcəyə daxili baxılma ilə bağlıdır və siyasi xarakter daşımır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər