Ermənistandan Avropa İnsan Haqları Məhkəməsində Azərbaycana qarşı İDDİA

Xəbərin çap versiyası
Tarix: 2-02-2021, 16:57
Ermənistandan Avropa İnsan Haqları Məhkəməsində Azərbaycana qarşı


Fevralın 1-də Ermənistan hökuməti Avropa İnsan Haqları Məhkəməsində Azərbaycana qarşı dövlətlərarası iddia qaldırıb.

CivilAzerbaijan.com
bildirir ki, Ermənistan mətbuatının məlumatına görə, Ermənistan Azərbaycanı 44 günlük müharibə və ondan sonrakı dövrdə beynəlxalq konvensiyaları pozmaqda günahlandırır.

O cümlədən, Ermənistan hökuməti Azərbaycanın yaşayış, toxunulmazlıq, mülkiyyət, şəxsi və ailə həyatı, təhsil və digər bir sıra hüquqları pozduğunu, Qarabağ və Ermənistan əhalisinə işgəncə verdiyini və qeyri-insani münasibət göstərdiyini iddia edir.

İddiaya müxtəlif dəlillər əlavə edilib, habelə hərbi əsirlərin və mülki şəxslərin, Qarabağdan olan qaçqınların, ölən və yaralıların hüquqlarının qorunması məsələlərinə toxunulub.

Xatırladaq ki, Azərbaycan da ərazilərin uzunmüddətli işğalı zamanı dəyən ziyana, mülki şəxslərin öldürülməsinə, təbii sərvətlərin qanunsuz istismarına görə Ermənistana qarşı məhkəmə iddiaları aldırmağa hazırlaşır, Turanın məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz