ABŞ prezident seçilən Lenini təbrik edib

Xəbərin çap versiyası
Tarix: 7-04-2017, 00:56
ABŞ prezident seçilən Lenini təbrik edib

ABŞ Dövlət Departamenti Ekvadorda prezident seçkilərində qalib gələn Lenin Morenonu təbrik edib.

SİVİL.AZ xəbər verir ki, bu, Dövlət Departamentinin təbrikində deyilir:

"ABŞ aprelin 2-də prezident seçkilərinin ikinci turunda iştirak edən Ekvador xalqını təbrik edir. Biz, həmçinin "PAIS Alyans" partiyasından olan Lenin Morenonu qələbə münasibətilə təbrik edirik".

Qeyd edək ki, Ekvador Milli Seçki Şurası L.Morenonun seçkilərdə qələbə qazandığını rəsmən edlan edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz