Kremldən Dağlıq Qarabağdakı "İsgəndər-M" raketlərinin qalıqları ilə bağlı AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 13-04-2021, 16:59
Kremldən Dağlıq Qarabağdakı "İsgəndər-M" raketlərinin qalıqları ilə bağlı


"Dağlıq Qarabağda "İsgəndər-M" raketlərinin qalıqlarının aşkar edilməsilə bağlı Bakının məlumatı ilə əlaqədar mövzu Rusiya və Azərbaycan hərbçiləri arasında sıx dialoq şəklində müzakirə edilir".

CivilAzerbaijan.com
bildirir ki, bu barədə çərşənbə axşamı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib.

"Hərbçilərin xəttilə sıx dialoq aparılır, dialoq zamanı bütün müvafiq məsələlər müzakirə olunur", - Peskov Rusiya və Azərbaycan prezidentləri Vladimir Putinlə İlham Əliyevin telefon danışığı zamanı “İsgəndər-M”in qalıqlarının aşkar edilməsi mövzusunun gündəmə gəlib-gəlməməsi barədə sualın cavabında deyib.

Peskov Putin və Əliyevin söhbəti zamanı noyabr ayında Azərbaycanla sərhəddin yaxınlığında Ermənistan üzərində Rusiyanın Mi-24 vertolyotunun vurulması mövzusunun müzakirə olunub-olunmaması ilə bağlı suala da mənfi cavab verib.

Turanın məlumatınad qeyd olunur ki, çərşənbə axşamı İlham Əliyev bildirib ki, Moskva Bakının iradlarına reaksiya vermir və Şuşa şəhərinin Rusiya Silahlı Qüvvələrinin silahlanmasında olan və Ermənistanda olmayan "İsgəndər-M" raketləri ilə atəşə tutulmasına dair sorğulara cavab vermir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz