Demokratiyalar hələ də bəhrə verə bilər - ABŞ-ın PLANLARI

Xəbərin çap versiyası
Tarix: 28-04-2021, 12:36
Demokratiyalar hələ də bəhrə verə bilər -


"ABŞ demokratiyalar və avtokratiya arasında hazırki mübarizəni “bu və ya digər ölkə üçün onlardan hansının daha faydalı olması” uğrunda yarış kimi görür".

CivilAzerbaijan.com
bildirir ki, bu barədə çərşənbə axşamı jurnalistlərlə söhbətində Bayden administrasiyasının yüksək vəzifəli nümayəndəsi açıqlama verib.

“... Avtoritar rejimlər iddia edirlər ki, onların idaretmə sistemi 21-ci əsrin çağırışlarına bizim demokratiyamızdan daha yaxşı uyğunlaşıb. İlk 100 gündə (Baydenin prezidentliyinin) biz bu fikrin yanlış olduğunu sübut edirik və demokratiyaların əvvəlki kimi irəlilədiyini nümayiş etdiririk”, deyə Turan-ın Vaşinqton müxbiri məmurdan sitat gətirir.

Bayden yaxın aylarda Azad Dünya xalqlarının ortaq məqsədini yeniləmək üçün demokratiya uğrunda qlobal Sammit keçirmək istəyir. Kleptokratiyaya, çirkli pulların yuyulmasına, vergi qaçaqçılığına qarşı mübarizə kimi məsələlər “demokratiya uğrunda Sammitimizin” əsas mövzuları arasında olacaq, deyə məmur qeyd edib.

Turanın məlumatında qeyd olunr ki, “Çünki biz bunu demokratiyaları avtokratiyalardan fərqləndirə biləcək və fərqləndirəcək üsullardan biri olaraq görürük, prezident Bayden belə hesab edir”, deyə məmur izah edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz