Azərbaycanın İstanbuldakı konsulluğu qarşısında AKSİYA

Xəbərin çap versiyası
Tarix: 6-05-2021, 16:47
Azərbaycanın İstanbuldakı konsulluğu qarşısında


Mayın 6-da Türkiyə İnqilabçı Anarxist Federasiyasının bir qrup üzvü Azərbaycanın İstanbuldakı konsulluğu qarşısında etiraz aksiyası keçirib. İştirakçılar Azərbaycan hökumətinin ünvanına tənqid şüarları səsləndirib, müxalif fəal Bayram Məmmədovun ölümündə ittiham edib.

CivilAzerbaijan.com
bildirir ki, Azərbaycan vətəndaşı, keçmiş siyasi məhbus Bayram Məmmədov mayın 2-də İstanbulda naməlum şəraitdə dünyasını dəyişib.

İştirakçılar “Bayramın qatili dövlətdir!” yazılan şüar qaldırıblar.

“Polis intihar olduğunu deyir, amma biz bilirik ki, bu, belə deyil. Qatil bu cinayətə görə cavab verəcək”, deyə aksiya iştirakçıları etirazlarını bildiriblər.

Turanın məlumatında qeyd olunur ki, Bayram Məmmədovun ölümü haqqında məlumat mayın 5-də səhər yayılıb. Onun cəsədi Bosforun sahilində tapılıb. Şahidlərin sözlərinə görə, o, suya dalıb və oradan çıxmayıb. Polisin ilkin versiyasına görə, Məmmədov intihar edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz