Jozep Borreldən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ
Tarix: 15-05-2021, 16:44
"Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhəddində baş verən narahatedici hadisələri diqqətlə izləyir".
CivilAzerbaijan.com bildirir ki, bunu ötən gün Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrel bildirib.
"Avropa xarici siyasət xidmətinin baş katibi Stefano Sannino Cümə axşamı mənim adımdan Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə söhbət edib, hər iki tərəfi maksimum təmkinlilik göstərməyə və eskalasiyanı azaltmağa çağırıb", - Borrelin bəyanatında deyilir.
Turanın məlumatına görə, “Sərhədlərin delimitasiyası və demarkasiyası yerli əhalinin təhlükəsizliyi naminə danışıqlar yolu ilə həll olunmalıdır. Biz iki tərəf arasında texniki səviyyədə davam edən əlaqələri alqışlayırıq", - Borrel qeyd edib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər