Yerə bənzəyən planet tapıldı

Xəbərin çap versiyası
Tarix: 7-04-2017, 15:18
Yerə bənzəyən planet tapıldı


ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimləri və Avropa Kosmik Agentliyinin (ESA) əməkdaşlarından ibarət qrup Yerə çox bənzəyən Gliese 1132b adlı ekzoplanet aşkarlayıblar.

SİVİL.AZ The Astronomical Journal-a istinadən bildirir ki, yeni ekzoplanetin atmosferinin tərkibi dəqiq bəlli olmasa da, alimlər planetdə su buxarının və metanın olduğunu güman edirlər.

Gliese 1132b planeti Vela ulduz topasında, Yerdən 39 işıq ili məsafəsindədir. Ekzoplanetin diametri Yerdən 20 faiz, kütləsi isə 1,6 dəfə artıqdır.

Yeni ekzoplanetin səthindəki temperaturun +370 dərəcə olduğu güman edilir.

"Bu, başqa planetdə yaşamın aşkarlanması olmasa da, həmin istiqamətdə ciddi addımdır. Gliese 1132b ətrafında atmosferin olması Yerə bənzəyən planetlərdə ilk dəfə ümumiyyətlə, atmosferin tapılmasıdır", - Britaniyadakı Kil Universitetinin professoru Con Sautvort deyib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz