Levon Ter-Petrosyandan Türkiyə və Azərbaycanla bağlı ÇAĞIRIŞ

Xəbərin çap versiyası
Tarix: 16-06-2021, 13:00
Levon Ter-Petrosyandan Türkiyə və Azərbaycanla bağlı


"Hazırda Azərbaycanla müharibənin yenidən başlaması təhlükəsi yoxdur".

CivilAzerbaijan.com
bildirir ki, bunu iyunun 15-də Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan İctimai televiziyaya müsahibəsində söyləyib.

"Hazırda Əliyevdən təhlükə gəlmir. Sülh hökm sürür, Rusiya qoşunları dayanır və Ermənistanla Azərbaycan arasında müharibə mümkün deyil. Razılaşmaya bilərsiniz, amma vaxt keçdikcə biz həm Əliyevlə, həm də Türkiyə ilə hansısa bir razılığa gəlməliyik. Qonşular əbədi düşmən ola bilməzlər", - o qeyd edib.

Onun sözlərinə görə, qonşularla əbədi düşmənçilik Ermənistanın özünün mövcudluğunu təhlükə altına qoyur. Vəziyyətin nizamlanması üçün sülh, mehriban qonşuluq və barışıq lazımdır. Bundan əlavə, birinci prezident əlavə edib ki, bundan sonra Qarabağ münaqişəsinin həlli Ermənistandan asılı deyil. O həll etməyəcək, bəlkə Rusiya, yaxud Birləşmiş Millətlər Təşkilatı həll edəcək. Və barışıqdan başqa bir yol olmayacaq.

"Gözləməyin ki, hansısa erməni deyə bilsin ki, “mən Qarabağ münaqişəsini həll edəcəyəm”. Beləsi yoxdur, mövcud deyil. Bu, illüziyadır", - o deyib.

Turanın məlumatına görə, Ter-Petrosyan bildirib ki, tənqiddən qorxmur və inandığı həqiqəti söyləməyə üstünlük verir. Eks-prezident ziyalılara və elmi dairələrə ünvanladığı müraciətində xalq arasında çaşqınlıq yaradanları ən böyük xəyanətkarlar adlandırıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz