Biden-Putin sammiti başa çatıb

Xəbərin çap versiyası
Tarix: 16-06-2021, 20:58
Biden-Putin sammiti başa çatıb


ABŞ Prezidenti Joe Biden və Rusiya Prezidenti Vladimir Putin arasında sammit üçün siyasi bitərəflilik tarixinə görə seçilən İsveçrənin paytaxtı Cenevrədə gözlənilən zirvə görüşü başa çatıb.

CivilAzerbaijan.com
bildirir ki, Ağ Evin məlumatına görə, sözügedən zirvə görüşü yerli vaxtla saat 5:05-də yekunlaşıb. ABŞ prezidenti Joe Bidenin korteji Villa la Qrandı tərk edib. Prezidentin mətbuat konfransı Villa Park dez O-Viv-də baş tutacaq.

Liderlər qısa müddət ərzində bir-birlərinə təşəkkür ediblər. Görüşün əvvəlində Amerika və Rusiya mediası xaotik mətbuat fürsəti çərçivəsində bir-birini itələyib.

"Cənab Prezident, bu gün görüşmək təşəbbüsünə görə sizə təşəkkür etmək istərdim. Uzun bir səfərdə olduğunuzu bilirəm. ABŞ və Rusiya münasibətlərində ən yüksək səviyyəli görüşü tələb edən bir çox problemlər var. Ümid edirəm görüşümüz məhsuldar olacaq” - deyə, Putin tərcüməçi vasitəsilə qeyd edib.

"Üz-üzə görüşmək hər zaman daha yaxşıdır" - deyə, Biden cavab verib.

Hər iki tərəf əməkdaşlıq imkanlarını vurğulasa da, Moskva ilə Vaşinqton arasındakı gərgin münasibətlərdə hər bir yaxşılaşma gözləntilərini azaldır. Görüşdə əhəmiyyətli razılaşmalar əldə edilməsindən çox narazılıqların ifadə olunması gözlənilir.

Bidenin İsveçrəyə uçuşu əsnasında Air Force One təyyarəsində Amerikanın Səsi və digər müxbirlərə brifinq verən yüksək səviyyəli administrasiya rəsmisi "Bu görüşdən böyük bir nəticə əldə ediləcəyini gözləmirik" deyib.

Putin yerli vaxtla saat 13 radələrində zirvənin yerləşdiyi Villa La Granjeyə gəlişindən bir müddət əvvəl Cenevrəyə eniş edib. Biden isə ondan sonra məkana gəlib. Bu, Ağ Evin 2018-ci ildə Helsinki Sammitinin təkrarlanmaması üçün hazırladığı diplomatik gediş idi. Belə ki, sözügedən zirvə görüşündə Putinin gec gəlişinin ardından Prezident Donald Tramp 30 dəqiqədən çox onu gözləmişdi.

Amerikanını Səsinin məlumatına görə, hər iki lider danışıqlara başlamazdan əvvəl əl verib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz