Nikol Paşinyandan Azərbaycanla avtomobil yolunun açılmasıyla bağlı AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 21-12-2021, 17:41


"Bildirmək istəyirəm ki, noyabrın 26-da Soçidə Rusiya prezidenti Vladimir Putinin və dekabrın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyilə keçirilmiş görüşlərin nəticələrinə əsasən, avtomobil əlaqəsinin bərpası ilə bağlı Azərbaycanla razılığa gəlmək imkanı yaranıb".

CivilAzerbaijan.com
bildirir ki, bunu Tbilisidə səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan söyləyib.

N.Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin bərpa edilməsinin mümkünlüyü haqqındakı bu bəyanatı Tbilisidə ticarət-iqtisadi əməkdaşlıq üzrə Ermənistan-Gürcüstan hökumətlərarası komissiyasının iclasında səsləndirib.

"Əgər Ermənistanın Azərbaycanla yol əlaqəsinə dair razılığa gələ bilsək, bu layihə əhəmiyyətli dərəcədə dəyişəcək və Şimal-Cənub, Şərq-Qərb marşrutuna çevriləcək", -Paşinyan deyib.

O, xatırladıb ki, dəmir yolu əlaqəsinin bərpası ilə bağlı İlham Əliyevlə prinsipial razılıq əldə olunub. Baş nazir qeyd edib ki, regionda dəmir yolunun inkişafı Gürcüstanın maraqlarına mənfi təsir göstərməyəcək, ticarət münasibətlərinin fəallaşmasına səbəb olacaq.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz