Beynəlxalq Ədalət Məhkəməsində Rusiya-Ukrayna müharibəsiylə bağlı ilk iclas keçirilib
Tarix: 8-03-2022, 13:24
Rusiya son illərdə Avropada ən böyük qaçqın böhranını yaradan Ukraynada döyüşlərin qanuni şəkildə dayandırmaq məqsədi daşıyan beynəlxalq məhkəmə iclasına qatılmayıb. Buna səbəb Rusiya prezidenti Vladimir Putinin Ukraynaya təcavüzünə haqq qazandırmaq üçün irəli sürdüyü “soyqırım” iddiasıdır.
CivilAzerbaijan.com bildirir ki, Beynəlxalq Ədalət Məhkəməsində Rusiyanın hüquq qrupuna ayrılan yerlər boş qalıb. Bu boşluqdan yararlanan Ukraynanın elçisi Anton Korineviçi Haaqada yerləşən məhkəmədə öz ölkəsinin müdafiəs arqumentlərini təqdim edib.
"Rusiyanın oturacaqlarının boş olma faktı çox şeyi deyir. Onlar bu məhkəmədə deyillər. Onlar mənim ölkəmə qarşı təcavüzkar döyüş meydanındadırlar," Korineviç bildirib.
Beynəlxalq Ədalət Məhkəməsi dünyanın dövlətlər arasında hüquqi mübahisəli məsələləri həll edən ən yüksək məhkəməsidir. Rusiya çərşənbə axşamı bu məhkəməyə öz iddialarını təqdim etməli idi. Lakin bu baş vermədi.
Amerikanın Səsinin xəbərində qeyd olunur ki, prezident Vladimir Putin Ukraynanı işğal etməsinin səbəbinin bu ölkənin şərq bölgəsində zorakılıq və soyqırımla üzləşən insanları qorumaq üçün olduğunu iddia edir. Həm Rusiya, həm də Ukrayna beynəlxalq soyqırım müqaviləsi imzalayıb.
Soyqırım üzrə mütəxəssislər Putinin iddiasının əsassız olduğunu deyir. Rusiyanın hüquq qrupunun fransalı üzvü Moskvanı qanundan sui-istifadə etməkdə ittiham edərək, istefa verib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər