Putin Ukraynada heç vaxt və heç vaxt qələbə qazanmayacaq - JOE BİDEN

Xəbərin çap versiyası
Tarix: 11-03-2022, 20:27

Mənbə: zdf.de

ABŞ prezidenti Co Bayden ABŞ-ın Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya dəstəyini davam etdirmək əzmində olduğunu bildirib və Rusiya prezidenti Vladimir Putinin bu ölkədə “heç vaxt, heç vaxt” qalib gəlməyəcəyini vurğulayıb.

CivilAzerbaijan.com
bildirir ki, ABŞ prezidenti Ağ Evdə Kolumbiya lideri İvan Duke ilə danışıqlardan əvvəl deyib: "Ukrayna heç vaxt və heç vaxt Putin üçün qələbəyə çevrilməyəcək".

“Mən inanıram ki, ABŞ və dünya xalqları öz ölkəsini müdafiə edən Ukrayna xalqını dəstəkləməyə davam edəcək” - deyə, Bayden bildirib.

O xatırladıb ki, hazırda Birləşmiş Ştatlar Ukraynanın təhlükəsizliyini təmin etmək üçün ona bir milyard dollar ayırıb.

“Hazırda ora yeni müdafiə avadanlığı göndərilir” – deyə, ABŞ Prezidenti bildirib.

O əlavə edib ki, ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalar “Rusiya iqtisadiyyatına zərbə vurur və rubl artıq dəyərinin yarısını itirib”.

Bayden Kolumbiyaya ölkənin NATO xaricində əsas müttəfiqi statusu verməyi planlaşdırdığını açıqlayıb.

"Bu gün mən Kolumbiyanı NATO-dan kənarda əsas müttəfiq etmək niyyətində olduğumu elan etməkdən məmnunam. Siz məhz beləsiniz. Bu, ölkələrimiz arasında həqiqətən unikal yaxın münasibətlərin tanınmasıdır" – deyə, Amerika prezidenti Duke ilə danışıqlardan əvvəl qeyd edib.

“Mən çoxdan demişəm ki, Kolumbiya bizim firavan, təhlükəsiz və demokratik Qərb yarımkürəsinin qurulması istiqamətində birgə səylərimizin əsas elementidir” – deyə, Amerika lideri əlavə edib.

O, iki ölkə arasındakı münasibətlərin “regional təhlükəsizlik və rifah” üçün həlledici əhəmiyyət daşıdığını qeyd edib.

Ağ Evdən verilən məlumata görə, Bayden cümə axşamı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla da telefonla danışıb. ABŞ və Türkiyə prezidentləri Rusiyanın Ukraynaya səbəbsiz və əsassız işğalından narahat olduqlarını bildiriblər.

Onlar ABŞ və Türkiyənin Ukrayna hökumətinə və xalqına dəstəyini bir daha təsdiqləyib, Rusiyanın təcavüzünə dərhal son qoyulmasının vacibliyini qeyd ediblər. İki ölkənin liderləri bu böhrana koordinasiya olunmuş beynəlxalq reaksiyanı alqışlayıblar.

Ağ Evin rəhbəri Ankaranın Rusiya ilə Ukrayna arasında münaqişənin diplomatik yolla həlli istiqamətində göstərdiyi səylər, o cümlədən Türkiyənin region ölkələrinin liderləri ilə son təmasları ilə əlaqədar olaraq sülhün möhkəmləndirilməsinə və sabitliyə yönələn addımları üçün təşəkkürünü bildirib.

Amerikanın Səsinin məlumatına görə, Ağ Evin bəyanatında deyilir ki, Bayden və Ərdoğan ABŞ-Türkiyə münasibətlərinin daha da inkişaf etməsi üçün mövcud imkanları da müzakirə ediblər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz