Metroda əllərində partlayıcı maddənin izi olan 5 nəfər tutuldu

Xəbərin çap versiyası
Tarix: 8-04-2017, 16:41
Metroda əllərində partlayıcı maddənin izi olan 5 nəfər tutuldu


Moskva metrosunda əllərində partlayıcı maddənin izi olan 5 nəfər saxlanılıb.

SİVİL.AZ APA-ya istinadən xəbər verir ki, onlar Qırğızıstan və Qazaxıstan vətəndaşlarıdır.

Rusiya Daxili İşlər Nazirliyindən bildiriblər ki, saxlanılan şəxslərdə əldə düzəldilmiş partlayıcı qurğuların hazırlanmasında istifadə olunan nitroqliserin və teril parçaları tapılıb. Şübhəli şəxslər “Taqanskaya”, “Kaxovskaya” və “Kolomenskaya” stansiyalarında saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosunda baş verən terror aktından sonra Rusiyada metroda təhlükəsizlik tədbirləri gücləndirilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz