ABŞ kəşfiyyatından Ukraynada həlak olan rusiyalı hərbçilərin sayı haqqında MƏLUMAT

Xəbərin çap versiyası
Tarix: 17-03-2022, 14:41

Mənbə: news.clearancejobs.com

Fevralın 24-dən Ukraynada gedən müharibədə 7000-dən çox rusiyalı hərbçi həlak olub.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə “The New York Times” ABŞ kəşfiyyatına istinadən məlumat yayıb.

Bu, 20 il ərzində İraq və Əfqanıstan müharibələrində həlak olan amerikalı əsgərlərin sayından çoxdur.

Həmin mənbənin məlumatına görə, 14 mindən 21 minədək rus əsgəri yaralanıb. Ümumilikdə, Rusiya tərəfdən müharibədə 150 mindən çox hərbçi iştirak edir. Pentaqondakı mənbələr hesab edirlər ki, itkilərin sayının artması Rusiya ordusunun döyüş ruhuna təsir göstərə bilər.

Rusiya Müdafiə Nazirliyi həlak olanlar barədə bir dəfə - martın 2-də məlumat verərək 498 hərbçinin və daha öncə 1597 nəfərin həlak olduğunu etiraf edib.

Öz növbəsində, Ukrayna tərəfi 13 mindən çox rusiyalı hərbçinin həlak olduğunu bildirib. Onların arasında ən azı 4 general var. Ukrayna hərbçilərinin itkisi 1300 nəfərdir, Turanın xəbərində qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz