Rusiya Müdafiə Nazirliyi İstanbul danışıqlarından sonra Kiyevə hücumun dayandırıldığını BƏYAN EDİB

Xəbərin çap versiyası
Tarix: 29-03-2022, 17:49


Çərşənbə axşamı İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında 4 saat davam edən danışıqlar günün ikinci yarısında başa çatıb.

CivilAzerbaijan.com
bildirir ki, Ukrayna nümayəndə heyətinin üzvü Aleksandr Çalı jurnalistlər qarşısında çıxış edərək söyləyib ki, 8 ölkə, o cümlədən Türkiyə Ukraynanın təhlükəsizliyinin qarantı kimi çıxış edə bilər.

Danışıqlardan öncə bəyan edilib ki, Rusiya tərəfi "Ukraynanın denasifikasiyası", "tərksilah" və "Ukraynada rus dilinin hüquqi müdafiəsi" tələblərindən imtina edib. Ukrayna tərəfindən bəyan edilib ki, dövlət insanlar, ərazi və suverenlik üzrə kompromislərə getməyəcək.

Ukrayna nümayəndə heyətinin digər üzvü David Araxamia Kiyevin təhlükəsizliyə zəmanətlə bağlı şərtlərini səsləndirib: “Ukrayna qarantlar kimi BMT Təhlükəsizlik Şurası ölkələrini, o cümlədən Böyük Britaniya, Çin, ABŞ, Fransa, Türkiyə, Almaniya, Polşa və İsraili görmək istəyir. Digər ölkələr də öz istəklərinə əsasən müqaviləyə qoşula biləcəklər”, - o açıqlama verib.

Eyni zamanda, sülh müqaviləsi razılaşdırılarsa, Ukrayna neytrallığa və nüvəsiz statusa hazırdır.

Öz növbəsində, Rusiya nümayəndə heyətinin rəhbəri Medinski deyib ki, danışıqlar konstruktiv keçib.

“Rusiya gərginliyin azaldılması üçün Ukraynaya doğru iki addım atır”,- o deyib, ancaq addımları açıqlamayıb.

O həmçinin bildirib ki, Ukrayna tərəfi öz mövqeyini və təkliflərini formalaşdırıb, bunlar öyrəniləcək və ölkə rəhbərliyinə çatdırılacaq. Kompromis olduqda sülh bağlamaq mümkündür, Medinski qeyri-müəyyən şəkildə deyib.

Turanın məlumatına görə, öz növbəsində, Rusiya Müdafiə Nazirliyi sensasion bəyanatla çıxış edib ki, Kiyev və Çerniqov istiqamətlərində hərbi fəallığını kardinal şəkildə azaldır. Bu barədə Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin İstanbulda danışıqlar başa çatdıqdan sonra bildirib.

“Ukraynanın neytrallığı və qeyri-nüvə dövləti statusu haqqında müqavilənin hazırlanması, eləcə də Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üzrə danışıqların bugünkü görüşdə müzakirə olunan prinsiplər nəzərə alınmaqla, praktiki müstəviyə keçməsilə əlaqədar Rusiya Federasiyası Müdafiə Nazirliyi qarşılıqlı etimadın yüksəldilməsi, gələcək danışıqların aparılması və son məqsədə - yuxarıda göstərilən sazişin razılaşdırılması və imzalanması - nail olmaq üçün lazımi şəraitin yaradılmasından ötrü Kiyev və Çerniqov istiqamətlərində hərbi fəallığın kardinal şəkildə, xeyli azaldılması barədə qərar qəbul edilib”, - TACC agentliyi Fomindən sitat gətirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz