Nikol Paşinyandan Azərbaycanın ərazi bütövlüyü və sülh sazişi haqqında YENİ AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 13-04-2022, 17:37


Ermənistan Azərbaycanın təklif etdiyi 5 nizamlanma prinsipini qəbul edir.

Civilazerbaijan.com
bildirir ki, bu barədə aprelin 13-də ölkə parlamentində çıxış edən baş nazir Nikol Paşinyan bildirib.

Bu, suverenliyin, ərazi bütövlüyünün, beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmazlığının qarşılıqlı olaraq qəbul edilməsi və onlara hörmət; bir-birinə qarşı ərazi iddialarının olmaması və gələcəkdə bu cür tələblər irəli sürməmək öhdəliyi; güc tətbiqi, ərazi bütövlüyünə və ya siyasi müstəqilliyə qarşı təhdid yaratmamaq öhdəliyi; sərhədlərin delimitasiyası və demarkasiyası və diplomatik münasibətlərin qurulması; nəqliyyat və digər kommunikasiyaların açılması, yeni kommunikasiyaların yaradılması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıqdan ibarətdir, deyə Paşinyan bildirib.

"Biz bu təklifləri operativ olaraq müzakirə etdik və onlarda Ermənistan üçün qəbuledilməz olan heç nə olmadığını qəbul etdik, həm də de-yure Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin pozulmazlığını hələ 1992-ci ildə MDB-nin formalaşdırılması haqqında sazişi ratifikasiya edərkən qəbul edib.

Biz qeyd etdik ki, Ermənistanın heç vaxt Azərbaycana qarşı ərazi iddiası olmayıb və Qarabağ məsələsi ərazi məsələsi deyil, hüquq məsələsidir. Yəni, biz Ermənistan üçün Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət verilməsinin, onların hüquq və azadlıqlarının təmin edilməsinin, Dağlıq Qarabağın yekun statusunun dəqiqləşdirilməsinin prinsipial əhəmiyyət kəsb etdiyini qeyd etdik", deyə Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistan sülh danışıqlarına başlamağa hazırdır və bu mövqe Brüsseldə son görüşdə də təsdiq edilib. Daha sonra o, əhəmiyyətli bir məsələni qeyd edib ki, əvvəllər Ermənistan Qarabağın statusu və təhlükəsizlik zəmanəti məsələsini əsas hesab edirdisə, indi əsas məsələ Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət verilməsidir.

"Başqa sözlə, biz bu vəziyyətdə statusun məqsəd deyil, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin və hüquqlarının təmin edilməsi vasitəsi olduğunu vurğulayırıq", deyə Paşinyan bildirib.

Ermənistan Azərbaycanla sülh sazişinin ən qısa zamanda imzalanmasının tərəfdarıdır. "Brüssel görüşündə mən Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sülh sazişinin hazırlanmasına başlaması barədə razılığa gəldim. Azərbaycanla sülh sazişinin tezliklə imzalanması bizim planlarımız arasındadır", deyən baş nazir əlavə edib ki, Azərbaycan "sülh danışıqlarını çıxılmaz nöqtəyə gətirməyə çalışacaq və bundan yeni təcavüz üçün bəhanə kimi istifadə edəcək".

Turanın xəbərində qeyd olunur ki, Paşinyan sərhədin delimitasiyası məsələsində də bənzər mövqe bildirib. "Biz Azərbaycanın bu prosesdən Ermənistana qarşı ərazi iddiaları üçün istifadə edəcəyini istisna etmirik", - deyə o bildirib.

"Bizə deyirlər ki, status məsələsində gözləntinizi aşağı salın"

“Bu gün beynəlxalq ictimaiyyət bir daha bizə deyir: Dağlıq Qarabağın statusu məsələsində gözləntinizi bir qədər aşağı salın, buna görə Ermənistanla Artsax (Qarabağ) ətrafında böyük konsolidasiyanı təmin etmiş olacaqsınız”. Azadlıq Radiosunun məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 13-də parlamentdəki çıxışında deyib.

“Əks halda, bizə bel bağlamayın’, beynəlxalq ictimaiyyət deyir. "Ona görə yox ki, sizə kömək etmək istəmirik, ona görə ki, sizə kömək edə bilmirik”, – Paşinyan bildirib.

“Bu gün beynəlxalq ictimaiyyət bizə aydın şəkildə deyir ki, dünyada Türkiyənin müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə olmaq təkcə Artsaxa (Qarabağ) deyil, Ermənistana da böyük təhlükədir”, – o, sözlərinə əlavə edib.

“Bu gün dünyada elə bir ölkə yoxdur, yaxud çox az ölkə var ki, sərhədlərindən məmnun olsun, yaxud onları ədalətli hesab etsin”, – deyən Paşinyan sülhə alternativin olmadığını vurğulayıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz