Rusiya Qara dəniz donanmasının raket kreyseri “Moskva” batırıldı

Xəbərin çap versiyası
Tarix: 14-04-2022, 13:10


Rusiyanın Qara dəniz donanmasının flaqmanı, raket kreyseri “Moskva”nın heyəti yanğın zamanı döyüş sursatının detonasiyası səbəbindən təxliyə olunub.

Civilazerbaijan.com
bildirir ki, Ukrayna hakimiyyəti gəminin yerli istehsal olan “Neptun” raketləri ilə vurulduğunu iddia edir.

Heyətin təxliyə olunması xəbərini gecə saatlarında Rusiya Müdafiə Nazirliyinə istinadən TASS və "RİA Novosti" xəbər veriblər. Nazirlik səbəbi “araşdırılan” yanğın nəticəsində gəminin ciddi xəsarət aldığını bildirib. Ölən və yaralananlar haqqında, eləcə də gəminin batıb-batmaması barədə məlumat verilmir. Ukrayna tərəfi isə gəminin batdığını bildirir.

Rusiya mənbələrindən daha əvvəl Odessa vilayət hərbi administrasiyasının rəhbəri Maksim Marçenko kreyserə gəmi əleyhinə “Neptun” raketlərilə hücum edildiyini açıqlamışdı. Bu informasiyanı ölkə kəşfiyyatındakı anonim mənbələr də “Ukrainskaya pravda”ya təsdiqləyiblər.

Toplum TV-nin xəbərində qeyd olunur ki, “Moskva”dakı heyətin sayı müxtəlif mənbələrdə 510-dan 758 nəfərə kimi göstərilir.

Tam təxliyə gəminin su üzərində qalmasının mümkünsüzlüyü, batacağı və ya batırılacağı deməkdir

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz