ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Rusyanın nüvə silahından istifadə etmək təhdidinə REAKSİYASI

Xəbərin çap versiyası
Tarix: 15-04-2022, 12:14

Mənbə: Financial Times

Cümə axşamı ABŞ-ın yüksək vəzifəli rəsmiləri Rusiyanın daimi uğursuzluqlara düçar olduğu üçün Ukraynada taktiki nüvə silahından istifadə edəcəyi ehtimalını istisna etmədiklərini bildiriblər.

Civilazerbaijan.com
bildirir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns açıqlama verib.

"Prezident Putinin çarəsizliyini, hərbi uğursuzluqlarını nəzərə alaraq, biz zəif taktiki nüvə silahından istifadə ilə bağlı potensial təhlükəni gözardı edə bilmərik", deyə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns bildirib.

ABŞ hesab edir ki, Kreml Ukraynada kimyəvi və ya bioloji silahdan da istifadə edə bilər.

Hazırda Bayden administrasiyası Rusiyanın Ukraynada müharibəyə görə qlobal sanksiyalardan yayına bilməməsinə diqqət yetirir, deyə milli təhlükəsizlik məsələləri üzrə müşavir Ceyk Sallivan bildirib. Eyni zamanda, o, yaxın günlərdə ABŞ-ın diqqəti sanksiyalardan yayınmağa cəhd edənlər üzərində cəmləşdirəcəyi barədə xəbərdarlıq edib.

Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays cümə axşamı keçirilən gündəlik brifinqdə qeyd edib ki, Rusiya Ukraynaya qarşı müharibəni davam etdirdiyi müddətcə ABŞ Rusiyaya qarşı təzyiq və sanksiyaları davam etdirəcək, Turanın məlumatında qeyd olunur.

Prays həmçinin bildirib ki, Dövlət Departamentində sanksiyalarla bağlı addımlara nəzarət edəcək və onların tətbiqi üzrə müttəfiqlərlə fəaliyyəti əlaqələndirəcək yeni şöbə yaradılıb. Şöbənin müdiri vəzifəsinə səfir Cim O'Brayen təyin edilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər
{sape_links}{sape_article}



Facebook səhifəmiz