Zelenskidən Rusiya ilə sülh müqaviləsinin şərtləri haqqında BƏYANAT
Tarix: 17-04-2022, 14:01
"Rusiya Federasiyası ilə sülh müqaviləsi iki ayrı sənəddən ibarət ola bilər".
Civilazerbaijan.com bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.
Dövlət başçısının sözlərinə görə, onlardan biri Ukraynanın təhlükəsizliyinə təminat, digəri isə birbaşa Rusiya ilə münasibətlərlə bağlı olmalıdır:
"Hesab edirəm ki, bunlar iki fərqli sənəd ola bilər. Bu təhlükəsizlik zəmanətlərinə hazır olanlardan təhlükəsizlik zəmanəti. Və Rusiya ilə ayrıca sənəd”.
O qeyd edib ki, Moskva bütün məsələlərin həllini ehtiva edən bir müqavilənin olmasını istərdi. "Lakin heç də hamı özünü RF ilə masa arxasında görmür. Onlara görə Ukrayna üçün təhlükəsizlik zəmanətləri bir məsələdir, RF ilə razılaşmalar isə başqa məsələdir".
“Rusiya istəyir ki, hər şey bir sənəddə olsun, amma adamlar deyirlər: bağışlayın, Buçada və Borodyankada baş verənləri gördük, vəziyyət dəyişir”, - Zelenski deyib.
O qeyd edib ki, Böyük Britaniya, ABŞ, İtaliya, Türkiyə və digər ölkələr Ukraynanın təhlükəsizliyinin qarantı olmağa hazır olduqlarını nümayiş etdirirlər.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər