Vladimir Putin çıxış edərkən indi hansı ay olduğunu yadına sala bilməyib

Xəbərin çap versiyası
Tarix: 18-05-2022, 14:48


Mayın 16-da Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinin açılışında çıxış edən Rusiya prezidenti Vladimir Putin təşkilatın yaradılmasının yubiley ayının adını çəkərkən tərəddüd edib.

Civilazerbaijan.com
bildirir ki, o düşünərək “cari ay” deməklə vəziyyətdən çıxıb.

Putinin çıxışından fraqment: “...30 il öncə kollektiv təhlükəsizlik haqqında müqavilə imzalandı, 20 il öncə isə bu müqavilənin əsasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yaradıldı, yəni bizim faktiki olaraq iki yubileyimiz var və demək olar ki, eyni gündə - 14 və 15... aaa ... (nəfəsini dərdi, gülümsədi) 1992 və 2002-ci illərin cari ayı”.

Putin bu kazusu əl çalmaq, təbəssüm və “bu hadisə münasibətilə sizi təbrik edirəm” deyərək ört-basdır edib.

Tutanın məlumatına görə, ekspertlər hesab edirlər ki, bu vəziyyət tamamilə sağlam insanlarda da özünü göstərir. Lazım olan sözün bir anda unudulması, eyni zamanda çox yaxında, dilin ucunda olması hər birimiz üçün adi şeydir, lakin mütləq yaşa bağlı dəyişikliklər və xəstəliklərlə əlaqəli deyil.

Bu hala görə gözlənilən demensiya haqda fikir yürütməyə dəyməz.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər
{sape_links}{sape_article}



Facebook səhifəmiz