Putin 2023-cü ilin sonuna qədər hakimiyyətini itirəcək - MI6-nın keçmiş rəhbərindən SENSASSİON AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 24-05-2022, 14:54


Böyük Britaniyanın Gizli Kəşfiyyat Xidmətinin (MI6) keçmiş rəhbəri Riçard Dirlov (Richard Dearlove) Rusiya Prezidenti Vladimir Putin barəsində sensasiyalı iddialar səsləndirib.

Civilazerbaijan.com
bildirir ki, onun sözlərinə görə, 2023-cü ilin sonuna qədər Vladimir Putin vəzifəsindən kənarlaşdırılacaq və uzunmüddətli müalicə üçün “sanatoriya”ya yerləşdiriləcək.

“Düşünürəm ki, 2023-cü ildə Putin hakimiyyətdən gedəcək, amma, yəqin ki, sanatoriyaya. Beləliklə, o daha Rusiya lideri olmayacaq, yəni sanatoriyadan qayıtsa belə”, – deyə Dirlov bildirib.

Dirlov hesab edir ki, belə bir ssenari Kremldəki saray çevrilişindən daha üstün görünür.

MI6-nın keçmiş rəhbərinin sözlərinə görə, onun proqnozlaşdırdığı hadisələr baş verərsə, Kremldə hakimiyyət Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin əlinə keçəcək.


Riçard Dirlov. Mənbə: americanchronicles

Bundan əvvəl MI6-nın keçmiş zabiti, o zaman Rusiyada işləmiş Kristofer Stil mənbələrinə istinadən demişdi ki, Vladimir Putin səhhətindəki problemlərə görə hakimiyyətə nəzarəti itirir.

Stilin fikrincə, nəticədə Kremldə xaos hökm sürür.

Riçard Dirlov 1999-2004-cü illərdə MI6 kimi tanınan Böyük Britaniyanın Gizli Kəşfiyyat Xidmətinin rəhbəri olub.

Kristofer Stil 2006-2009-cu illərdə MI6-nın Londondakı baş qərargahında Rusiya bölməsinin rəhbəri olub.

2017-ci ildə Amerika mediasında K.Stilin ABŞ-ın 45-ci prezidenti Donald Trampla bağlı tərtib etdiyi gizli dosye ortaya çıxıb.

Sənədlərdə Trampın Kremllə əlaqəsi və Rusiya xüsusi xidmət orqanları tərəfindən Amerika prezidenti haqqında seksual xarakterli kompromatların olması qeyd edilib, Meydan TV-nin xəbərində qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz