Britaniya Xarici İşlər naziri Liz Trassdan Putinə güzəştlərlə bağlı BƏYANAT

Xəbərin çap versiyası
Tarix: 27-05-2022, 09:47


Britaniyanın Xarici İşlər naziri Liz Trass Rusiyaya güzəştlərlə bağlı açıqlama verib.

Civilazerbaijan.com
bildirir ki, xanım Liz Trass Rusiya prezidenti Vladimir Putini sakitləşdirmək üçün onun “qılığına girmək” cəhdlərinin təhlükəli olduğunu bəyan edib.

O deyib ki, Rusiyanın Ukraynaya qarşı bu müharibəsində Moskvanın məğlubiyyətini təmin etmək məqsədindən bir addım da geri çəkilmək olmaz:

"Rusiyanın təcavüzünü sakitləşdirmək mümkün deyil. Biz buna güclə cavab verməliyik. Biz Ukraynanın qələbəsini hərbi yardım və sanksiyalarla təmin etmək əzmində barışmaz olmalıyıq. Biz artıq ayağımızı qaz əyləcindən götürə bilmərik”.

Xanım Trass deyib ki, Qərb yaxın keçmişdən nəticə çıxarmalı, Putinin Qərb ölkələrindən müxtəlif güzəştlər qoparandan sonra Gürcüstana, daha sonra isə Krım və Donbasa basqın etdiyini unutmamalıdır.

Azadlıq Radiosunun məlumatında qeyd olunur ki, bu arada Estoniyanın baş naziri Kaya Kallas da avropalı həmkarlarını Putinin qarşısınında hər hansı zəiflıik nümayiş etdirməkdən çəkinməyə çağırıb.

"Ukrayna üçün pis şərtlərlə bağlanmış sülh - bizim hamımız üçün pis sülh olacaq. Təcavüzkara bu xırda görünən güzəştlər böyük müharibələrə aparıb çıxarır”.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz