Avropa İttifaqı Rusiya neftinə qismən embarqo qoydu - YENİ SANKSİYALAR PAKETİ
Tarix: 31-05-2022, 09:43
Avropa İttifaqının (Aİ) 27 üzv ölkəsi Rusiyadan neft idxalının üçdə birindən də çoxunu dərhal azaltmaqla bağlı razılığa gəliblər.
Civilazerbaijan.com bildirir ki, bunu Aİ Şurasının Prezidenti Şarl Mişel mayın 30-da bəyan edib.
Embarqo yalnız dənizlə daşınan Rusiya neftinə aiddir, kəmərlə idxal olunan neftə sanksiyalar müvəqqəti şamil olunmur.
Ancaq Mişel deyib ki, Brüssel sammitində əldə olunan kompromis razılaşması Rusiyanın “hərb maşınına maliyyənin nəhəng mənbəyini” kəsir.
Yeni sanksiya paketində Rusiyanın ən böyük bankı Sberbank-ın SWIFT sistemindən çıxarılması, Rusiyanın üç dövlət telekanalına qadağa, hərbi cinayətlər üçün məsuliyyət daşıyan fərdlərə sanksiyalar da daxildir.
Azadlıq Radiosunun məlumatında daha sonra qeyd olunur ki, Ukrayna Prezidenti Volodimir Zelenski sammitə müraciətində deyib ki, Aİ liderləri altıncı sanksiya paketini razılaşdırmalı, oraya neft də salınmalıdır. “Rusiya Ukraynaya və bütünlükdə Avropaya qarşı elədiklərinin bədəlini hiss etməli, siz Rusiyanın enerji silahından tamamilə müstəqil olmalısınız”, – Zelenski vurğulayıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər