Rusiyanın müharibəni dayandırmaq niyyəti yoxdur - BLİNKEN

Xəbərin çap versiyası
Tarix: 2-06-2022, 16:20

Mənbə: Newsweek

"Ukraynada müharibə getdiyi müddətdə Birləşmiş Ştatlar bu ölkənin xalqını dəstəkləməkdə davam edəcək və ukraynalıların effektiv müdafiə vasitələrinə malik olmasına səy göstərəcək".

Civilazerbaijan.com
bildirir ki, bu fikri ABŞ-ın Dövlət katibi Entoni Blinken iyunun 1-də NATO Baş katibi Yens Stoltenberqlə Vaşinqtonda keçirdiyi birgə mətbuat konfransında səsləndirib.

Blinken müharibənin “uzun aylar” boyunca davam edəcəyini istisna etməyib: “Əgər Rusiya təcavüzü dayandırmağı seçsə, artıq sabah müharibə olmaya bilər, amma biz hələ ki, bunun əlamətlərini görmürük”.

ABŞ Prezidenti Co Bayden dünən təhlükəsizlik sahəsində Ukraynaya yeni yardım paketini elan edib. Paketə başqa silahlarla yanaşı HİMARS reaktiv yaylım atəşi sistemləri daxildir. Açıqlamanın mətnində deyilir ki, bu silah partiyası ukraynalılar üçün yeni imkanlar yaradacaq.

Sayca 11-ci olan yardım paketinin dəyəri 700 milyon dollardır. Amerika administrasiyasının nümayəndələri jurnalistlərə bildiriblər ki, Kiyevə verilən HİMARS sistemləri Ukrayna ordusuna 80 km uzaqlıdakı hədəfləri vurmaq imkanı verəcək.

Blinken isə mətbuat konfransında bildirib ki, ukraynalılar alacaqları qabaqcıl raket sistemlərindən Rusiya ərazisindəki hədəfləri vurmayacaqları barədə öhdəlik götürüblər, Toplum Tv-nin məlumatında qeyd olunur.

Yens Stoltenberq öz növbəsində bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada çatmaq istədiyi strateji hədəflərə nail olmayıb. “Bunun əvəzində o, NATO-nun öz sərhədlərində genişlənməsi faktı ilə üzləşib”, - deyə Stoltenberq vurğulayıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz