NATO, G7 və G20-dən Ukraynaya təcavüzə görə Rusiyaya qarşı yeni təzyiq dalğası
Tarix: 23-06-2022, 12:49
Rusiyanın Ukraynaya qarşı təcavüzü "Böyük yeddilik" liderlərinin, NATO alyansının, həmçinin "İyirmilər qrupu" üzrə tərəfdaşların gündəliyinin əsas bəndlərindən biri olacaq. Onlar Kremlə qarşı əlavə tədbirlərin görülməsinə nail olmaq üçün növbəti iki həftə ərzində üç böyük sammitdə toplaşacaqlar.
Civilazerbaijan.com bildirir ki, bu barədə Turanın Vaşinqton müxbiri məlumat verib.
Ukrayna prezidenti Vladimir Zelenski "Ukraynanın Rusiya təcavüzündən qorunmasına kömək etmək üçün hazırkı səyləri" müzakirə etməkdən ötrü G7 liderlərinə virtual qoşulacaq", - çərşənbə günü Bayden administrasiyasının yüksək vəzifəli nümayəndəsi jurnalistlərə bildirib.
Rusiya, əlbəttə ki, Almaniyada (25 iyun) və İspaniyada (28 iyun) keçiriləcək G7 və NATO görüşlərində iştirak etməyəcək, lakin hələ də iyulun 7-də İndoneziyada G20 nazirlərinin görüşündə iştirak etməyi planlaşdırır.
Vaşinqton bildirib ki, G20 "Ukraynaya işğala qarşı mübarizə aparmağa və ondan qurtulmağa kömək etməlidir", - Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays brifinqdə Turan-ın müxbirinə deyib.
"Biz aydın başa düşməliyik ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi qlobal iqtisadi qeyri-sabitliyə səbəb olub, ABŞ Rusiyanın Ukraynaya təcavüzü durmayana qədər ABŞ Kremlə təzyiqləri azaltmaq niyyətində deyil", - Prays bildirib.
Rusiya xarici işlər naziri Lavrovun Balidə G20-nin digər üzvlərilə planlaşdırdığı görüşlərlə bağlı sualın cavabında Prays deyib: “Onun kiminlə görüşdüyü bizi az maraqlandırır, həmin görüşlər zamanı ötürülən məlumatlar daha çox maraqlandırır”.
"Fevralın 24-dən bir neçə həftə sonra vurğulayırdıq ki, dünyanın hər bir məsul ölkəsi Rusiya Federasiyasına aydın şəkildə anlatmalıdır ki, onun Ukraynaya, öz dinc qonşusuna qarşı təcavüzü yolverilməzdir, Rusiya üçün böyük məsrəflərə və nəticələrə başa gələcək", - Prays qeyd edib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər