Rusiyada canlı efirdə etiraz etmiş jurnalist Marina Ovsyannikova saxlanıb

Xəbərin çap versiyası
Tarix: 18-07-2022, 12:40


Canlı efirdə müharibəyə etirazı ilə tanınmış rusiyalı jurnalist Marina Ovsyannikova Moskva vilayətindəki evinin yaxınlığında polis tərəfindən saxlanıb.

Civilazerbaijan.com
bildirir ki, məlumatı iyulun 17-də onun vəkili yayıb.

Sonradan jurnalist Rusiya ordusunu nüfuzdan salan hərəkətlərdə ittiham olunduğunu yazıb. O, Moskvanın Basmannı məhkəməsi yaxınlığında müxalifətçi İlya Yaşinə dəstək müsahibəsi ilə əlaqədar suçlanır. Yaşin Rusiya ordusu haqda saxta informasiya yaymaqda ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Ovsyannikova ötən həftə təkadamlıq piket keçirib, “Putin qatildir, əsgərləri faşistdir” sözləri yazılmış plakat, Ukraynada öldürülmüş uşaqların fotolarını qaldırıb. Jurnalist onda saxlanmayıb.

“Die Welt”də 3 ay təlim keçib

Ovsyannikova martın 14-də Rusiyanın Birinci Kanal-ının efirində “Vremya” xəbər proqramının studiyasına daxil olaraq rusca “Müharibəni dayandırın. Propaqandaya inanmayın. Onlar sizə yalan danışırlar” yazılmış plakat qaldırıb. O rusca “Müharibəni dayandırın. Müharibəyə yox” şüarı səsləndirib.

Etiraz vaxtı Birinci Kanal-da prodüser işləyən Ovsyannikovanın aprelin 11-də “Die Welt”in onlayn versiyasında ilk yazısı çıxıb. “Rusiyalılar qorxurlar” adlı məqalədə o, etirazının nəticələrindən danışıb.

Daha sonra saxlanan jurnalist qanunsuz etirazlara çağırışa görə 30 min rubl (təxminən 500 dollar) cərimələnib.

Birinci Kanal-dan istefa verən Ovsyannikova bir neçə ay xaricdə, o cümlədən Ukraynada olub, dəfələrlə müharibəni pisləyib.

O, Almaniyanın “Die Welt” qəzetində üç ay təlim keçib, iyulun əvvəlində Rusiyaya qayıtdığını elan edib.

Yaşin

Kreml fevralın sonunda Ukraynanı işğal etməyə başlayandan Rusiyada jurnalistlərə, fəallara, digər şəxslərə təzyiqləri gücləndirib. Hökumət bunu müharibə deyil, “xüsusi əməliyyat” adlandırır.

39 yaşlı Yaşin Kremlin açıq tənqidçisidir. O, müxalifət lideri Aleksey Navalnının həbsindən sonra onun tərəfdarlarına repressiya dalğasına rəğmən Rusiyada qalan azsaylı tanınmış müxalifətçilərdən biridir.

Yaşin son həftələr Rusiya ordusunu nüfuzdan salma ittihamları ilə dörd dəfə cərimə olunub. O ötən ay deyirdi ki, itaətsizlik ittihamıyla həbsi bu müddətdən sonra ona qarşı cinayət işinin açılmasını istisna etmir.

Azdlıq Radiosunun məlumatına görə, Yaşin deyib ki, hakim orqanlar onu Rusiyadan getməyə vadar etmək istəyir. O isə imtina edir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz