Putin Ərdoğanla “Bayraktar” mövzusunu müzakirə edəcək

Xəbərin çap versiyası
Tarix: 28-07-2022, 14:23


Avqustun 5-də Soçidə Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın görüşündə hərbi-texniki əməkdaşlıq mövzusu müzakirə olunacaq.

Civilazerbaijan.com
bildirir ki, bu barədə çərşənbə günü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın “Bayraktar” pilotsuz təyyarələrinə marağına dair məlumatları şərh edərkən bildirib.

"İki ölkə arasında hərbi-texniki əməkdaşlıq daim gündəlikdədir və faktın özü onu göstərir ki, qarşılıqlı münasibətlərimizin bütün spektri çox yüksək səviyyədədir", - Peskov jurnalistlərə deyib.

Turanın məlumatına görə, Peskov əlavə edib ki, bu yaxınlarda Putin-ərdoğan əlaqələrində hərbi-texniki əməkdaşlıq mövzusuna toxunulub.

“Odur ki, “Bayraktar” mövzusu Soçidə müzakirə olunacaq", - Peskov deyib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz