Blinken Lavrova niyə zəng etmək istəyir? - SƏBƏB

Xəbərin çap versiyası
Tarix: 29-07-2022, 14:15


Rusiya ABŞ dövlət katibi Entoni Blinken və xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı ilə bağlı Vaşinqtonun təklifini təsdiqləyib.

Civilazerbaija.com
bildirir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays cümə axşamı brifinqdə verib. Onun sözlərinə görə, Vaşinqton yaxın günlərdə telefon danışığını gözləyir.

Söhbətin mövzusu ilə bağlı Turan-ın sualına cavab olaraq Prays deyib ki, Blinken Rusiyada əsassız saxlanılan Amerika vətəndaşları Britni Qriner və Pol Uilanın azad edilməsi üçün Vaşinqtonun Moskvaya etdiyi "təklif"ə Lavrovdan cavab almaq niyyətindədir.

O qeyd edib ki, təklif bir neçə həftə ərzində Rusiyaya "dəfələrlə" və "birbaşa" edilib ki, bu da Moskvanın "konstruktiv qərar qəbul etmədiyini" düşünməyə əsas verir.

Prays vurğulayıb ki, söhbət Ukraynaya qarşı təcavüz davam etdiyi müddətdə söhbət Rusiya ilə münasibətlərin normallaşmasından getmir.

"Hələlik Rusiyanın hazırda konstruktiv dialoqda və diplomatiyada maraqlı olduğunun heç bir əlamətini görmürəm. “Rusiya diplomatik və konstruktiv dialoqa hazır olana qədər" Vaşinqton Ukraynanı dəstəkləməkdə davam edəcək”, - Prays deyib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz