Ukraynada həlak olan rus hərbiçilərin sayı açıqlanıb - RƏSMİ

Xəbərin çap versiyası
Tarix: 11-08-2022, 12:44


Fevralın 24-də təcavüzün başlamasından etibarən Ukraynada həlak olan rus hərbiçilərin sayı 43 min nəfərə çatıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Ukrayna SQ Baş Qərargahının 11 avqust səhər saatlarına olan məlumatında deyilir.

Zirehli texnika itkisi 6 minə yaxın, artilleriya itkisi 974, yaylım atəşli raket sistemi itkisi 261, RƏM sistemi itkisi 134, təyyarə itkisi 232, helikopter itkisi 193, gəmi itkisi 15, avtomobil itkisi 3 mindən çox, PUA itkisi 772 ədəddir.

Ruslar dünən Krımdakı Saki aviabazasında partlayış nəticəsində böyük itkilər verib.

Son məlumatlara görə, orada olan 20 SU-24, SU-27, SU-30 təyyarəsindən 9-u, bomba və raket anbarı məhv edilib, aerodrom özü isə sıradan çıxarılıb. Rusiya aviasiyası bu aerodromdan Ukrayna ərazisinə hücum edirdi.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz