ABŞ-dan Putinin sanksiyaların ərzaq çatışmazlığına səbəb olması haqqında ittihamlarına CAVAB

Xəbərin çap versiyası
Tarix: 8-09-2022, 12:49


Çərşənbə günü ABŞ Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putinin Qərbin ünvanına səsləndirdiyi ittihamları qəti şəkildə təkzib edib.

Civilazerbaijan.com
bildirir ki, Vladivostokda Şərq İqtisadi Forumunun iclasında çıxış edən Kreml lideri Qara dəniz vasitəsilə Ukrayna taxılının ixracını məhdudlaşdırmaqla hədələyib, yanlış olaraq "Ukrayna taxılının böyük hissəsinin inkişaf etməkdə olan ölkələrə deyil, Avropa İttifaqına getdiyini" bəyan edib.

O, həmçinin ərzaq məhsullarının qiymətlərinin artmasının Qərbin sanksiyalarının nəticəsi olduğunu iddia edib.

Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Turan-ın müxbirinin xahişi ilə bu bəyanatları şərh edərkən belə deyib:

"Qaradəniz taxıl təşəbbüsü dünyanın aclıqdan əziyyət çəkən əhalisinin son dərəcə ehtiyac duyduğu qida ilə təmin edilməsi üzrə humanitar tədbirdir. ABŞ-ın sanksiyalarının aclığa səbəb olduğu haqqında istənilən iddialar həqiqətə uyğun deyil. Əslində ABŞ-ın sanksiyalarında həmişə ərzaq məhsulları və gübrələr üçün dəqiq istisnalar olub və bizim sanksiyalarımız heç vaxt humanitar yardıma qarşı yönəlməyib", deyə Patel bildirib.

"Rusiya Black Grain Sea təşəbbüsü çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə davam etməlidir", deyə o əlavə edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz