Böyük Britaniyanın yeni kralı - III ÇARLZ

Xəbərin çap versiyası
Tarix: 9-09-2022, 14:44


73 yaşlı III Çarlz şənbə günü, sentyabrın 10-da rəsmi olaraq Böyük Britaniyanın kralı elan ediləcək.

Civilazerbaijan.com
bildirir ki, bu barədə "Independent" qəzeti məlumat yayıb.

Çarlz 8 sentyabrda kraliçanın ölümündən sonra taxtın keçmiş varisi kimi dərhal kral olub. Amma qəzetin yazdığı kimi, ənənəyə uyğun olaraq Varislik Şurasının rəsmi mərasimi keçirilməlidir. Varislik Şurası adətən monarxın ölümündən sonra 24 saat ərzində Londondakı Müqəddəs Ceyms Sarayında toplanır.

Amma bu dəfə mərasim hazırlıq üçün kifayət qədər vaxt olmadığından daha sonra keçiriləcək.

Ənənəvi olaraq, Şurada monarxın məsləhətçilərindən ibarət Gizli Şura üzvləri iştirak edir, onların sayı 700-dən çoxdur. Lakin “İndependent”in məlumatına görə, bu dəfə mərasimdə iştirak etmək üçün şuranın cəmi 200 üzvü dəvət olunub.

Kraliçanın matəmi veriləndən sonra Çarlzın rəsmi tacqoyma mərasiminin təşkilinə başlanılacaq. Hazırlıq bir ildən çox çəkə bilər. Məsələn, II Yelizavetaya atasının ölümündən və taxta çıxmasından bir il yarım sonra tac qoyulmuşdu.

Qeyd edək ki, Böyük Britaniya kraliçası II Elizabeth Balmoralda 96 yaşında vəfat edib. O, Böyük Britaniyanın ən uzun sürən monarxı olaraq 70 il hakimiyyətdə olub.

Cümə axşamı günü onun səhhəti ilə bağlı narahatlıqlar artdıqdan sonra ailəsi Şotlandiyadakı mülkünə gəlib.

Buckingham Sarayının bəyanatında deyilib: "Kraliça bu gün günorta Balmoralda dinc şəkildə vəfat edib. Kraliça 1952-ci ildə taxta çıxıb və böyük sosial dəyişikliklərin şahidi olub.

Onun oğlu Kral III Charles sevimli anasının vəfatının onun və ailəsi üçün "böyük kədər anı" olduğunu və onun itkisinin bütün dünyada "dərindən hiss olunacağını" deyib.

O bildirib: "Biz əziz bir suveren və çox sevilən bir ananın vəfatı ilə bağlı dərin hüznlə yas tuturuq. Mən bilirəm ki, onun ölümü bütün ölkədə, səltənətlərdə və Birlikdə və bütün dünyada saysız-hesabsız insan tərəfindən dərindən hiss olunacaq".

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz