Avropa Parlamenti: Macarıstan artıq demokratik ölkə sayıla bilməz

Xəbərin çap versiyası
Tarix: 16-09-2022, 20:40


Avropa Parlamenti bildirib ki, Macarıstan artıq demokratik ölkə sayıla bilməz və bununla bağlı Avropa Komissiyası təcili tədbirlər görməlidir.

Civilazerbaijan.com
bildirir ki, bu barədə "Deutsche Welle" xəbər verib.

Avropa Parlamentinin üzvləri sentyabrın 15-də Macarıstanın avtoritarizmə “yuvarlanmasını” pisləmək üçün səs verib və Baş nazir Viktor Orbanın dövlətini “seçki avtokratiyası” adlandırıblar.

Avropa Parlamentinin deputatlarının böyük əksəriyyəti (433 səs) AB-nin reaksiyasının olmamasının Macarıstanda “seçki avtokratiyasının hibrid rejiminin” yaranmasıyla nəticələndiyini bildiriblər, Toplum TV-nin xəbərində qeyd olunur.

Daha əvvəl "Foreign Policy" nəşrinin analitikləri Macarıstanın baş naziri Viktor Orbanı Rusiyanın Avropa İttifaqındakı (Aİ) “Troya atı” adlandırmışdılar, çünki onun siyasəti siyasi blokun kursuylə üst üstə düşmür.

Məqalə müəlliflərinin fikrincə, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarının başlanğıcından bəri macar siyasətçi Moskvanı birbaşa tənqid etməkdən yayınıb və Rusiyaya tətbiq edilən sanksiyalara qarşı çıxıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz