Starlink internet şəbəkəsi Yer kürəsinin bütün qitələrində fəaliyyətə başladı - İLON MASK

Xəbərin çap versiyası
Tarix: 19-09-2022, 21:26


"Starlink” peyk internet şəbəkəsi Antarktida da daxil olmaqla Yer kürəsinin bütün qitələrində fəaliyyətə başlayıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə "SpaceX" şirkətinin rəhbəri İlon Mask "Tvitter"də məlumat verib.

Sentyabrın 18-də "SpaceX" Floridadan orbitə daha 54 "Starlink" peyki çıxarıb.

2019-cu ildən bəri şirkət "Starlink" şəbəkəsini yerləşdirmək üçün kosmosa artıq üç mindən çox peyk buraxıb. Ümumilikdə "SpaceX" Yer orbitinə 42 000 peyk göndərməyi planlaşdırır, Toplum TV-nin məlumatında qeyd olunur.

“Starlink” proqramı çərçivəsində şirkət 5G standartına uyğun gələn saniyədə 1 giqabit trafik sürəti ilə dünyanın istənilən nöqtəsində genişzolaqlı internetə çıxışı təmin etmək niyyətindədir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz